Azərbaycan Premyer Liqası:  XI turun daha iki oyunu keçiriləcək
sizinxeber.az xəbər saytı

Azərbaycan Premyer Liqası: XI turun daha iki oyunu keçiriləcək


Bu gün Misli Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

"Sizinxeber.az"un məlumatına görə, hər iki matçda turnir cədvəlində qonşu olan komandalar münasibətlərinə aydınlıq gətirəcəklər.

İlk olaraq "Araz-Naxçıvan" "Zirə"ni qəbul edəcək. Saat 16:00-da başlayacaq görüş "Liv Bona Dea Arena"da reallaşacaq.

Digər qarşılaşma isə "Səbail" və "Sumqayıt" komandaları arasında baş tutacaq.

"ASCO Arena" keçiriləcək oyunun start fiti saat 18:30-da səslənəcək.

Turnir cədvəlində "Araz-Naxçıvan" 20 xalla 3-cü, "Zirə" 16 xalla 4-cü yerdədir. Aşağı sıralarda qərarlaşan kollektivlərdən "Səbail" və "Sumqayıt 7 xalla müvafiq olaraq 8-ci və 9-cu mövqelərdə yer alıblar.

Misli Premyer Liqası

II dövrə, XI tur

26 oktyabr

16:00. “Araz-Naxçıvan” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.

VAR: İnqilab Məmmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

"Liv Bona Dea Arena".

18.30. “Səbail” – “Sumqayıt”

Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, Elvin Bayramov.

VAR: Rauf Cabarov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

"ASCO Arena".

Qeyd edək ki, turun açılış matçında ötən gün "Turan Tovuz" "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: Bu gün X turun daha iki görüşü baş tutacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası:  “Qarabağ” – “Sabah” oyununun hakimləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: VI tura iki oyunla yekun vurulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər