Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq
sizinxeber.az xəbər saytı

Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq


Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.

"Sizinxeber.az" xəbər verir ki, turun son oyun günündə "Zirə" "Sabah"ı qəbul edəcək.

Komandalar müvafiq olaraq turnir cədvəlində 15 xalla dördüncü və beşinci pillələrdə qərarlaşıblar. Bu səbəbdən tərəflərin duelini 6 xallıq görüş kimi qiymətləndirmək olar. Zirə Olimpiya İdman Kompleksində baş tutacaq matçın start fiti saat 17:30-da səslənəcək.

Turun bağlanış qarşılaşması isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yerli komanda ilə "Turan Tovuz" arasında reallaşacaq. I dövrəni 3-cü pillədə başa vuran qərb təmsilçisi uğurlu seriyanı davam etdirmək niyyətindədir. Doğma publika önündə çıxış edən "Sumqayıt" isə hazırkı yer aldığı 9-cu pillədən qurtulmaq üçün xal və ya xallar qazanmağa çalışacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası
II dövrə, X tur
20 oktyabr

17:30.“Zirə” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə Olimpiya İdman Kompleksi.

20:00.“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Kəpəz"i 5:0, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0, "Neftçi" isə "Səbail"i 3:1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqası: Bu gün VII tura yekun vurulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: Bu gün IV tura yekun vurulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: Bu gün VII turun oyunlarına yekun vurulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: Bu gün IX tura yekun vurulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər