KİV: Xabi Alonso cari mövsümün sonu "Bayer 04" klubunu tərk edəcək
sizinxeber.az xəbər saytı

KİV: Xabi Alonso cari mövsümün sonu "Bayer 04" klubunu tərk edəcək


Almaniyanın “Bayer 04” kollektivinin baş məşqçisi Xabi Alonso cari mövsümün sonu komandanı tərk edəcək.

"Report" xəbər verir ki, bu barədə "Sky Sports"un jurnalisti Florian Plettenberq sosial şəbəkə hesabında bildirib.

42 yaşlı mütəxəssisin postundan gedişindən sonra onun əvəzinə “Ştutqart”ın baş məşqçisi Sebastyan Höness və ya Almaniya yığmasını çalışdıran Yulian Naqqelsmanın köməkçisi Sandro Vaqner gələ bilər.

Qeyd edək ki, Xabi Alonso 2022-ci ildən "Bayer 04" klubunun baş məşqçisidir. Onun rəhbərliyi altında leverkuzenlilər Almaniya Bundesliqasının 2023/2024 mövsümünün və ölkə kubokunun qalibi olublar. UEFA Avropa Liqasının finalında "Atalanta"ya uduzaraq, qitənin ikinci dərəcəli klub turnirinin gümüş medallarına sahib çıxıblar.

Oxşar xəbərlər

"Bayer 04"ün baş məşqçisi İngiltərə və Almaniya klublarının təklifindən imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xabi Alonso Almaniyada ilin məşqçisi seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyada ilin ən yaxşı baş məşqçisi və futbolçusu seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya klubunun futbolçusu Çempionlar Liqasının tarixinə düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bayer 04" almaniyalı futbolçu ilə yeni müqavilə bağlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər