"Araz-Naxçıvan" Azərbaycan çempionatlarında 25-ci qələbəsini əldə edib
“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 25-ci qələbəsini qazanıb.
"Sizinxeber.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının X turuna təsadüf edib
Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv Şamaxı səfərində eyniadlı komandaya 1:0 hesabı ilə qalib gəlib.
Naxçıvan təmsilçisi Premyer Liqadakı 87-ci görüşündə 25-ci uğura nail olub. 17 ev qələbəsi olan komanda səfərdə 8-ci dəfə üç xala sevinib.
Naxçıvan klubunun ilk qələbəsi 2000/2001 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ının qonağı olan komanda 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ən azı 25 qələbəsi olan 36-cı komandadır.
Oxşar xəbərlər
Naxçıvan klubu Azərbaycan çempionatlarında yubiley qələbəsini qazanıb
Azərbaycan Premyer Liqası: "Araz-Naxçıvan" "Şamaxı"nı məğlub edib
"Araz-Naxçıvan"ın futbolçusu 300-cü oyununu keçirib
“Araz-Naxçıvan”ın kapitanı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













