KİV: Korrupsiyada ittiham edilən “Benfika” klubu turnirlərdən uzaqlaşdırıla bilər
Portuqaliya prokurorluğu Lissabonun “Benfika” futbol klubunu korrupsiyada ittiham edib və komandanın bütün turnirlərdən uzaqlaşdırılmasını tələb edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” qəzeti məlumat yayıb.
Belə ki, klubun keçmiş prezidenti Luis Filipe Vieyra və keçmiş hüquq müşaviri Paulo Qonçalves korrupsiya və vergi fırıldaqlarında ittiham olunublar.
Prokurorluq “Benfika”nın 6 aydan 3 ilə qədər idman yarışlarında iştirakdan kənarlaşdırılmasını tələb edib.
Portuqaliya çempionatının cari mövsümündə “Benfika” 7 oyundan sonra 16 xal toplayaraq üçüncü pillədə qərarlaşıb. Çempionlar Liqasında komanda iki görüşdə iki qələbə qazanıb.
“Benfika” çempionatda (38) və Portuqaliya kubokunda (26) qələbələrin sayına görə rekorda sahibdir, Lissabon komandası iki dəfə Avropa kubokunu (indiki Çempionlar Liqası) qazanıb.
Oxşar xəbərlər
"Napoli" Portuqaliya klubunun futbolçusunu transfer edir
"Benfika" Kerem Aktürkoğlunu transfer etdiyini açıqlayıb
ÇL: "Bavariya" və "Real"dan növbəti qələbə
PSJ Portuqaliya millisinin futbolçusunu transfer edib
"Sportinq" "İnter"dən 30 milyon avro təzminat tələb edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













