"Neftçi"nin futbolçusu azarkeşlərə əşya atdığı üçün cəzalanıb
AFFA İntizam Komitəsi (İK) "Neftçi"nin futbolçusu Ervin Koffini iki oyunluq cəzalandırıb.
"Sizinxeber.az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna fransalı müdafiəçinin "Səbail"lə heç-heçə (1:1) etdikləri Premyer Liqanın II turunun matçı bitdikdən sonra azarkeşlərə kənar əşya atması səbəb olub.
"Ağ-qaralar" buna görə 2000 manat cərimələnib.
"Neftçi" görüş bitdikdən sonra fanatların iğtişaş törətməsi ucbatından 4000 manat ziyana düşüb.
"Səbail" isə sözügedən qarşılaşmada beş futbolçusu sarı vərəqə ilə cəzalandığından 700 manat ödəməli olacaq.
İK "Turan Tovuz"u 700 manat cərimələyib. Bölgə təmsilçisinin dörd üzvü "Sumqayıt"a qalib gəldikləri görüşdə (1:0) sarı vərəqə görüb.
Oxşar xəbərlər
"Neftçi" azarkeşlərə, "Qarabağ" futbolçusuna görə cərimələnib
AFFA “Kəpəz”in futbolçusunu 1 oyunluq cəzalandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
