

"Real" zədəli futbolçusu ilə müqavilə müddətini uzadıb
İspaniyanın “Real” (Madrid) kollektivinin müdafiəçisi Dani Karvahal ilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş yeni müqavilə imzalayıb.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.
Xatırladaq ki, Karvahal İspaniya çempionatının doqquzuncu turunda "Vilyarreal"a qarşı matçın (2:0) ikinci hissəsinin əlavə vaxtında dizinin çarpaz bağını zədələyib. Müdafiəçi meydanı xərəkdə tərk edib.
32 yaşlı futbolçu 2013-cü ildən “Real Madrid”də çıxış edir. Bu müddət ərzində Karvaxal klub üçün 426 oyun keçirib, 14 qol vurub və 65 məhsuldar ötürmə edib. İspan klubu ilə müdafiəçi altı dəfə Çempionlar Liqasının qalibi olub, dörd dəfə İspaniya çempionatında və ölkə superkubokunda qalib gəlib. Həmçinin ispaniyalı iki dəfə milli kubok qazanıb və beş dəfə klublar arasında dünya çempionatının qalibi olub.
Oxşar xəbərlər
"Real" dizdən zədəli Karvaxal ilə müqaviləni uzadıb
"Real"ın kapitanı ciddi zədə alıb
İspaniya millisinin üzvünün yeni klubu bəlli olub
Ronaldu tarixin ən yaxşı klubunun adını açıqlayıb
"Real"ın sabiq futbolçusu IV Liqa klubuna keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
