"Liverpul"un qapıçısı məşqləri bərpa edib
sizinxeber.az xəbər saytı

"Liverpul"un qapıçısı məşqləri bərpa edib


İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Beker məşqləri bərpa edib.

"Sizinxeber.az"un xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot bildirib.

Mütəxəssis qolkiperin komandanın sıralarına qayıtmağa hazır olduğunu söyləyib. 31 yaşlı braziliyalı zədə səbəbindən İngiltərə Premyer Liqasında "Bornmut" (3:0) və "Vest Hem" (5:1) komandalarına qarşı matçları buraxmalı olub.

Qeyd edək ki, A.Beker ötən mövsüm əzələsindən ciddi zədə alıb.

Oxşar xəbərlər

"Liverpul"un baş məşqçisi klubun tarixinə düşüb
"Liverpul"un yarımmüdafiəçisi zədə səbəbindən 2 ay futboldan uzaq qalacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər