Minifutbol üzrə Azərbaycan çempionatında 2024/2025 mövsümünün püşkü atılıb
Minifutbol üzrə Azərbaycan çempionatında 2024/2025 mövsümünün püşkü atılıb.
"Sizinxeber.az"un məlumatına görə, püşkdən sonra I turda üz-üzə gələcək komandalar müəyyənləşib.
Tədbirdə Azərbaycan Minifutbol Federasiyasının (AMF) baş katibi Orxan Hüseynov, turnirə qatılacaq komandaların nümayəndələri və digər şəxslər iştirak ediblər.
İlk olaraq AMF-in 2017-ci ildən bu vaxtadək gerçəkləşdirdiyi layihələr haqqında məlumat verilib.
Ardınca ötən mövsümün ən yaxşı futbolçusu açıqlanıb. Bu ada "Birbaşa Bakı"dan Elvin Əlizadə layiq görülüb.
Son olaraq turnirin reqlamenti barədə məlumat verilib. Çempionatda 13 tur oynanılacaq və ardınca pley-off, 1/4 final, yarımfinal və final matçları baş tutacaq.
Azərbaycan çempionatı
I tur
“Aznur” - “Çinar Zəngilan”
"Füzuli Altay” - “Zirə”
“Sumqayıt” - “Atəşgah Suraxanı”
“Star Bakı” - “Siyəzən”
“Şamaxı” - “Laçın”
"Birbaşa Bakı” - “Göyçə”
"Galaxy” - “Bakı 145”
Qeyd edək ki, oktyabrın 1-də start veriləcək turnirdə 14 komanda mübarizə aparacaq. Ötən mövsüm "Birbaşa Bakı" ölkə çempionu olub.
Oxşar xəbərlər
Minifutbol üzrə Azərbaycan çempionatının yeni mövsümündə 14 komanda mübarizə aparacaq
Minifutbol çempionatında XI turun təqivimi açıqlanıb
Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atılacaq
Azərbaycanın minifutbol komandalarının Çempionlar Liqasındakı rəqibləri bəlli olub
Azərbaycanın minifutbol komandalarının Çempionlar Liqasındakı rəqibləri bəlli olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











