Azərbaycanın U-19 millisinin baş məşqçisi: Məğlubyyətlər üzücü olsa da, reallıqları nəzərə almaq lazımdır
Məğlubyyətlər üzücü olsa da, reallıqları nəzərə almaq lazımdır.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycanın U-19 millisinin baş məşqçisi Elxan Abdullayev deyib.
Mütəxəssis İspaniyanın Mursiya şəhərində baş tutan təlim-məşq toplanışı və yoxlama oyunları barədə fikirlərini bildirib:
“Üç oyun keçirdik. Güclü rəqiblər idi. Niderland millisi top-komanda sayılır. Bu yaş qrupu üzrə komandamız hələ belə güclü rəqiblərlə oynamayıb. Toplanış xoşuma gəldi. Uşaqlar gəncdirlər, futbol oynamağı öyrənirlər. Bu, onlar üçün təcrübədir. Düzdür, heç kim məğlubiyyət istəməz. Amma reallıq var, rəqiblər güclüdür. Çalışırıq, daha yaxşı olmalıyıq. Noyabrda bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir. Təlim-məşq toplanışına görə AFFA-ya təşəkkür etmək istərdim. Niderland, Şotlandiya kimi kollektivlərə qarşı oynamaq çox faydalı oldu. Məğlubyyətlər üzücü olsa da, reallıqları nəzərə almaq lazımdır. Bizim də qol vurmaq imkanlarımnız oldu, amma belə alındı”.
54 yaşlı məşqçi qarşılaşdığı komandalarla millimizin fərqlərindən danışıb:
“Fərqlər çox böyükdür, o uşaqlar Niderlandda “Ayaks”, “Feyenoord”, AZ, “Tvente” kimi klublarda çıxış edirlər. Şotlandiya millisinin üzvləri “Mançester Yunayted”, “Everton”, “Mançester Siti”də oynayırlar. Hər cəhətdən onlardan zəifik. “Mançester Siti”ni “Sabah”la, “Mançester Yunayted”i “Qarabağ”la müqayisə etmək olmaz. Biz uşaqları yerli klublardan götürürük".
Qeyd edək ki, İspaniya toplanışında üç yoldaşlıq matçı keçirən U-19 millisi Niderland və Uelsə 0:3, Şotlandiyaya isə 0:2 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: Hansı mütəxəssis heyətdə yaxşı futbolçu görmək istəməz? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin basketbolçusu: Meydanda hər top uğrunda mübarizə apardıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin baş məşqçisi: İki oyunda əlimizdən gələni edəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyəli mütəxəssis: “Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin baş məşqçisi: “Komandamızın üzvləri 6 aydır yığılıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












