"Sumqayıt"ın baş məşqçisi: Yeni transferlər uyğunlaşma problemləri yaşayır
Yeni transferlər uyğunlaşma problemləri yaşayır.
"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın məşqçisi Samir Abasov "Araz-Naxçıvan"a qarşı Azərbaycan Premyer Liqasının V turun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib:
"Matç elə formada gedirdi ki, sanki ya heç-heçə olacaq, ya da qol vuran udacaq. Meydanda mübarizə var idi. Çalışdıq ki, geri düşəndən sonra oyunu ələ alaq. Ötən il də vəziyyətimiz bu cür idi. Yeni transferlər uyğunlaşma problemləri yaşayır. Yəqin ki, milli fasilə bizə kömək olacaq. Üzərimizdə çalışıb, daha yaxşı vəziyyətə gələcəyik. Qarşıdakı oyunlara baxacağıq".
Qeyd edək ki, ölkə çempionatının V turunda "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"a 0:1 hesabı uduzub.
Oxşar xəbərlər
"Araz-Naxçıvan"ın məşqçisi: Avrokubok zonasına düşə bilsək, şad olarıq
Kurban Berdıyev: Həm müdafiədə, həm də hücumda zəif oynadıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
