“Qarabağ”ın sabiq futbolçusu: İki oyunda 5 qol buraxmaq müdafiədə problemlərin olduğunu göstərir
İki oyunda 5 qol buraxmaq müdafiədə problemlər olduğunu göstərir.
Bunu “Sizinxeber.az”a açıqlamasında “Qarabağ” klubunun sabiq futbolçusu Rauf Əliyev deyib.
O, Ağdam təmsilçisinin “Dinamo”ya məğlubiyyətini əsasən şanssızlıqla əlaqələndirib:
“Düşünürəm ki, “Qarabağ” şanssızlığın qurbanı oldu. Komanda səfərdə bir qol vursaydı, bəlkə də tam fərqli hesab görərdik. Bu, ikinci oyuna da təsir edə bilərdi. Futbolda belə şeylər olur. Bəxtləri gətirmədi, hər iki oyunda qol vura bilmədilər. Qapıçı yaxşı oynadı, müdafiəçilər sona qədər mübarizə apardılar. “Dinamo” təcrübəsi hesabına Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı. “Qarabağ” rəqibdən heç də zəif deyildi, sadəcə, təcrübə əsas rol oynadı”.
O, komandanın müdafiəsində problemlər olduğunu istisna etməyib:
“Yəqin ki, transferlər olacaq. Qurban Qurbanov da çıxışı zamanı transfer etmək istədiklərini söyləyib. Komanda Avropa Liqasında oynayacaq. Fikrimcə, yaxşı transferlər olacağı təqdirdə daha da irəli gedəcəklər”.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo"ya (Zaqreb, Xorvatiya) hər iki oyunda uduzub (0:3, 0:2). Ağdam təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirəcək.


width="220" alt="“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />