“Qarabağ”ın sabiq hücumçusu: “Dinamo”ya məğlubiyyəti bəxtsizliklə əlaqələndirirəm
sizinxeber.az xəbər saytı

“Qarabağ”ın sabiq hücumçusu: “Dinamo”ya məğlubiyyəti bəxtsizliklə əlaqələndirirəm


“Qarabağ”dan fərqli olaraq, rəqib qol vəziyyətlərindən istifadə etdi. Bunu bəxtsizliklə əlaqələndirirəm.

Bunu “Report”a açıqlamasında “Qarabağ” klubunun sabiq futbolçusu Rauf Əliyev Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiya “Dinamo”su ilə oyunu dəyərləndirərkən deyib.

O, “Qarabağ”ın xeyli sayda qol vəziyyəti yaratdığını vurğulayıb:

“Qarabağ”ın ən şanssız günlərindən biri idi. Komandanın daha əvvəl hansısa böyük kluba qarşı bu qədər qol vəziyyəti yaratdığını görməmişdim. Sadəcə, fərqlənə bilmədilər. Futbolda belə də olur”.

35 yaşlı sabiq hücumçu cavab matçında Ağdam təmsilçisinin möcüzə sayəsində qalib gələ biləcəyinə inanır:

“0:3 hesablı məğlubyyət olsa da, hər şey mümkündür. Oyunun əvvəlində vurulacaq bir qol rəqibi təlaşa sala bilər. Komandaya inanmaq lazımdır. Ümid edirəm ki, möcüzə baş verər, “Qarabağ” qələbə qazanar”.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda keçiriləcək.

Oxşar xəbərlər

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil
“Qarabağ”ın sabiq futbolçusu: Hakimin "Ludoqorets"ə simpatiyası hiss olunurdu
Vəli Qasımov: "Qarabağ" "Ludoqorets"lə matçdakı oyunu təkrarlasa, əsas mərhələyə yüksələcək
Vəli Qasımov: "Qarabağ" "Ludoqorets"lə matçdakı oyunu təkrarlasa, qrup mərhələsinə yüksələcək
Azərbaycan millisinin sabiq qapıçısı: "Linkoln" "Qarabağ" üçün zəif rəqibdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər