"Dinamo"nun futbolçusu: Bəlkə də "Qarabağ"la ilk oyunda qeydə alınan nəticə real deyil
Bəlkə də ilk oyunda qeydə alınan nəticə real deyil.
"Sizinxeber.az" "İndex.hr" nəşrinə istinadən xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Martin Baturina "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçından əvvəl deyib.
Bakıya səfər zamanı jurnalistlərə açıqlama verən 21 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinin çox yaxşı komanda olduğunu bildirib:
"İlk qarşılaşmada yaratdığımız vəziyyətlərdən istifadə etdik. Buna görə şadam. Mən də qol vura bilərdim. Biz yalnız qalib gəlmək haqqında düşünürük".
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.
Oxşar xəbərlər
"Dinamo"nun iki futbolçusu "Qarabağ"la cavab oyununu buraxa bilər
"Qarabağ"ın rəqibi futbolçusu ilə yollarını ayırıb
"Qarabağ"ın legioner futbolçusu "Dinamo"ya qarşı matçda meydana çıxa biləcək
"Qarabağ"ın rəqibi Bakıya qələbə ilə gələcək
“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
