sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Çempionlar Liqası: "Qarabağ" - "Dinamo" oyununa 24700 bilet satılıb
"Qarabağ"ın Bakıda Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək 24700 bilet satılıb.
"Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Qarabağ"ın bugünkü oyununa 28 mindən çox bilet satılıb - YENİLƏNİB
Çempionlar Liqası: "Qarabağ"ın bugünkü oyununa 28 min bilet satılıb - YENİLƏNİB
Çempionlar Liqası: "Qarabağ"ın bugünkü oyununa 25 mindən çox bilet satılıb
"Qarabağ" - "Ludoqorets" matçına 20 mindən çox bilet satılıb
"Dinamo" azarkeşləri üçün "Qarabağ"la Bakıdakı oyuna bilet 12 avro olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













