Çempionlar Liqası: "Qalatasaray" İsveçrə klubunu qəbul edəcək
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
"Sizinxeber.az"un məlumatına görə, Türkiyə təmsilçisi "Qalatasaray" İsveçrənin "Yanq Boyz" kollektivini qəbul edəcək.
İstanbul klubu səfərdəki ilk görüşdə rəqibinə məğlub olub - 2:3. "Sarı-qırmızılar" turnirin əsas raunduna yüksəlmək üçün mütləq iki top fərqi ilə qalib gəlməlidir. Minimalhesablı qələbə olacağı təqdirdə əlavə vaxta ehtiyac duyulacaq.
Günün digər qarşılaşmalarında "Zaltsburq" (Avstriya) "Dinamo" (Kiyev, Ukrayna) ilə, "Sparta" (Çexiya) isə "Malmö" (İsveç) ilə münasibətlərə aydınlıq gətirəcək.
Bütün matçlar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust
23:00. "Qalatasaray" (Türkiyə) - "Yanq Boyz" (İsveçrə)
İlk oyun - 2:3.
23:00. "Zaltsburq" (Avstriya) - "Dinamo" (Kiyev, Ukrayna)
İlk oyun - 2:0.
23:00. "Sparta" (Çexiya) - "Malmö" (İsveç)
İlk oyun: 2:0
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsi avqustun 28-də başa çatacaq.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Yanq Boyz"u qəbul edir
Çempionlar Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibi bu gün müəyyənləşir
UEFA Çempionlar Liqası: “Qalatasaray” səfərdə məğlub olub
UEFA Çempionlar Liqası: "Qalatasaray" məğlub olub
"Qalatasaray" Çempionlar Liqası oyununa itki ilə çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













