Premyer Liqa: "Neftçi" "Sabah"a məğlub olub
sizinxeber.az xəbər saytı

Premyer Liqa: "Neftçi" "Sabah"a məğlub olub


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun növbəti görüşü keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan matçda "Neftçi" "Sabah"la qarşılaşıb.

Oyun "bayquşlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 54-cü dəqiqədə Amin Seydiyev penalti zərbəsindən hesabı açıb. 76-cı dəqiqədə isə Coy Lens Mikels qarşılaşmada son nöqtəni qoyub.

Qeyd edək ki, turun digər görüşlərində "Turan Tovuz" "Kəpəz"ə 3:0, "Sumqayıt" isə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb.

Oxşar xəbərlər

Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"a qalib gəlib
Azərbaycan Premyer Liqasında II tura yekun vurulub 
Azərbaycan Premyer Liqası: "Neftçi" Zirədə "Sabah"ı qəbul edəcək
Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib
Premyer Liqa: "Sumqayıt" "Səbail"ə qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle