“Neftçi”nin baş icraçı direktoru: "Komanda yeni mövsümdə kuboklar qazanmaq niyyətindədir"
“Neftçi” yeni mövsümdə kuboklar qazanmaq niyyətindədir.
“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Neftçi” Futbol Klubunun baş icraçı direktoru Cenk Sümer deyib.
Funksioner yeni mövsümun uğurlu keçməsini istədiklərini söyləyib:
“Yeni transferlərimiz var. Komandaya faydalı olacaqlarına inanıram. Uğurlu mövsüm keçirmək niyyətindəyik. Kuboklar qazanmaq istəyirik. Budcəmizə uyğun oyunçular almışıq. Baş məşqçimizin istədiyi futbolçuları araşdıraraq heyətə cəlb etmişik”.
O, ötən mövsümdə istədikləri kimi çıxış etmədiklərini sözlərinə əlavə edib:
“Bu, futboldur. Hər şey ola bilər. Bəzi oyunçular bizdə xəyal qırıqlığı yaratdılar. Samir Abasov mövsümün ortasında komandaya gəldi. Bütün oyunları təhlil etdik. Skaut komandamızı təkmilləşdirmişik. Ümid edirəm ki, yeni mövsümdə uğursuzluq yaşamayacağıq. “Neftçi” bir ailədir. Bunu təlim-məşq toplanışında da gördük. Artıq yaxşı bazamız da var”.
C.Sümer hədəflər barədə söz açıb:
“Çempionluğa namizədlərdən biriyik. “Neftçi” camiəsini xoşbəxt edəcək nəticələr qazanmaq istəyirik”.
Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək. “Neftçi” avqustun 16-da, saat 20:00-da “Şamaxı”nı qəbul edəcək.
Oxşar xəbərlər
"Neftçi" rəsmisi: "Sponsorluq müqaviləsinin klub üçün uğurlu olacağına inanırıq"
Samir Abasov: “Neftçi”nin mövsümə hazırlığı yüksək səviyyədə keçib"
Monteneqrolu futbolçu: "Neftçi" ilə titullar qazanmaq istəyirəm"
"Neftçi" Azərbaycan çempionatında rekorda imza atıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
