Azərbaycanın ikinci dəfə IsDB-nın illik toplantısına ev sahibliyi ölkənin diplomatik uğurlarının göstəricisidir - RƏY
Azərbaycanın ikinci dəfə İslam İnkişaf Bankı Qrupunun (IsDB) İllik Toplantısına ev sahibliyi etməsi ölkənin beynəlxalq nüfuzunun, siyasi sabitliyinin, iqtisadi potensialının və diplomatik uğurlarının mühüm göstəricisidir.
Bunu "Report"a Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan daha əvvəl 2010-cu ildə bu qrupun 35-ci İllik Toplantısını uğurla təşkil etmiş və əldə olunan müsbət təcrübə nəticəsində bu mühüm tədbirə yenidən ev sahibliyi etmək hüququ qazanıb:
"Azərbaycanın ikinci dəfə bu toplantıya ev sahibliyi etməsi ilk növbədə ölkəyə göstərilən beynəlxalq etimadın göstəricisidir. Belə tədbirlərin keçirilməsi üçün yalnız inkişaf etmiş infrastrukturun mövcudluğu kifayət etmir. Ev sahibi ölkə siyasi sabitliyi, təhlükəsizliyi, təşkilatçılıq bacarığı və beynəlxalq əməkdaşlığa sadiqliyi ilə də seçilməlidir. İslam İnkişaf Bankı Qrupunun üzv dövlətlərinin Azərbaycana yenidən etimad göstərməsi ölkəmizin son illərdə qazandığı nüfuzun və etibarlı tərəfdaş imicinin nəticəsidir. Bu hadisə Azərbaycanın beynəlxalq maliyyə və inkişaf institutları ilə əməkdaşlığının genişləndiyini, İslam dünyasında nüfuzunun artdığını və qlobal əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi qəbul edildiyini nümayiş etdirir".
"Son illərdə ölkəmizin həm İslam Əməkdaşlıq Təşkilatı, həm də digər beynəlxalq platformalar çərçivəsində fəal fəaliyyəti Azərbaycanın müsəlman ölkələri arasında nüfuzunu daha da artırmışdır. IsDB-nin toplantısının Bakıda keçirilməsi Azərbaycanın İslam dünyasının iqtisadi əməkdaşlıq və inkişaf gündəliyində mühüm yer tutduğunu nümayiş etdirir. Bu, Azərbaycanın yalnız regional deyil, həm də beynəlxalq səviyyədə etibarlı dialoq və əməkdaşlıq məkanı kimi qəbul olunduğunu göstərir".
Şahin Seyidzadə əlavə edib ki, bu tədbir Azərbaycanın iqtisadi və investisiya potensialının beynəlxalq ictimaiyyətə təqdim olunması üçün geniş imkanlar yaradır:
"Azərbaycanın son illərdə COP29, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalar çərçivəsində uğurlu fəaliyyət göstərməsi ölkənin qlobal məsələlərin müzakirəsində aktiv iştirakını təmin edib. İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına yenidən ev sahibliyi etmək hüququnun əldə olunması da bu uğurlu siyasətin davamı kimi qiymətləndirilə bilər. Toplantının Bakıda keçirilməsi ölkənin geosiyasi əhəmiyyətini də bir daha ön plana çıxarır. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika qovşağı kimi beynəlxalq ticarət marşrutlarının inkişafında strateji rol oynayır. Xüsusilə Orta Dəhliz layihəsi, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq və regional bağlantı təşəbbüsləri Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdə mövqeyini gücləndirib".
Oxşar xəbərlər
IsDB Qrupunun növbəti İllik Toplantılarına sədrlik Burkina-Fasoya ötürülüb
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
Mikayıl Cabbarov: "İsDB ilə əməkdaşlıq Azərbaycanın inkişafında mühüm rol oynayıb"
İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
Bakıda Ümumdünya İslam İqtisadçıları Proqramına start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB-3
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
