Yurgen Klopp özünə yeni iş tapıb
İngiltərənin "Liverpul" klubunun sabiq baş məşqçisi Yurgen Klopp özünə yeni iş tapıb.
"Report" "Sky Sport"a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis "Red Bull" şirkətində futbol bölməsinin rəhbəri olub.
Y.Klopp "Leyptsiq", "Zaltsburq", "Nyu-York Red Bulls" klublarının, həmçinin Braziliya və Yaponiyadakı iki komandanın inkişaf strategiyasına cavabdeh olacaq. Onunla uzunmüddətli müqavilə bağlandığı qeyd edilir.
O, vəzifəsinin icrasına 2025-ci il yanvarın 1-də başlayacaq və Almaniya millisinin baş məşqçisi postuna dəvət ediləcəyi təqdirdə müqaviləni pozmaq hüququna malik olacaq.
Qeyd edək ki, 2015-ci ildən "Liverpul" komandasına rəhbərlik edən Y.Klopp ötən mövsümün sonunda postundan ayrılıb.
Oxşar xəbərlər
Yurgen Klopp məşqçilik karyerasını sonlandırıb
Yurgen Klopp “Barselona”ya rəhbərlik edə bilər
Yurgen Klopp məşqçilik karyerasını başa vurduğunu açıqlayıb
Almaniya prezidenti Yürgen Kloppu ordenlə təltif edib
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













