Mahir Emreli: "Komandamla fəxr edirəm"
sizinxeber.az xəbər saytı

Mahir Emreli: "Komandamla fəxr edirəm"


Komandamla fəxr edirəm.

"Report"un məlumatına görə, bunu "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli şəxsi instaqram səhifəsində yazıb.

"Hoffenhaym"a ötən gün uduzduqları (1:2) Almaniya Kubokunun 1/16 final matçında fərqlənən 27 yaşlı hücumçu fantastik dəstəyə görə azarkeşlərə təşəkkür edib:

"Dünən baş verənlər haqqında çox danışa bilərik. Amma bu, bizi heç yerə aparmır. Final fitinədək hər şey verdik. Uğur qazanmaq üçün çox çalışacağıq".

Qeyd edək ki, M.Emreli “Nürnberq” ilə "1+1" illik müqavilə imzalayıb. Forvard II Bundesliqada keçirdikləri son iki qarşılaşmada qol vurub. Forvard IX turda "Qroyter Fyurt"a qalib gəldikləri (4:0) matçda hesabı açıb. O, "Reqensburq"u 8:2 hesabı ilə üstələdikləri görüşdə isə ikinci qolun müəllifi olub.

Oxşar xəbərlər

Mahir Emreli legioner kimi karyerasının ən yaxşı göstəricisini təkrarlayıb - ARAŞDIRMA
Miroslav Kloze: "Mahir Emreli hərəkətdə olanda nə qədər dinamik ola biləcəyini görürsünüz"
Mahir Emreli "Nürnberq"də növbəti qolunu vurub
Mahir Emreli "Nürnberq"də qol hesabını açıb
Mahir Emreli: "Uzun müddətli zədədən sonra vurduğum qol mənə böyük motivasiya verdi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər