“Baku Fire” Qazaxıstan klubunu məğlub edib
Yeni mövsümün hazırlığını davam etdirən Yüksək Liqa təmsilçisi “Baku Fire” yoxlama oyunu keçirib.
"Report" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz Bakıda təlim-məşq toplanışında olan Qazaxıstanın “Astana” klubu ilə qarşılaşıb.
Olimpik Starda baş tutan görüş “Baku Fire”in üstünlüyü şəraitində keçib və paytaxt təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Ötən mövsüm Yüksək Liqada gümüş medal qazanan komandanın heyətində yeni transfer Nurlan Mehdizadə və Fərid Abbasov fərqləniblər.
Onu da qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Rövşən Hüseynli hazırda “Astana” klubunun formasını geyinir. Qazaxıstan təmsilçisi avqustun 13-də “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
