"Barselona" Hans-Diter Flik ilə yeni müqavilə barədə razılığa gəlib
sizinxeber.az xəbər saytı

"Barselona" Hans-Diter Flik ilə yeni müqavilə barədə razılığa gəlib


İspaniya La Liqa "Barselona" klubu baş məşqçi Hans-Diter Flik ilə yeni müqavilə barədə razılıq əldə edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial media səhifəsində məlumat yayıb.

Mənbənin iddiasına görə, tərəflər arasında yeni sözləşmə yaxın günlərdə rəsmiləşdiriləcək. Müqavilənin müddəti 2027/28 mövsümünün sonuna qədər nəzərdə tutulub. Sənəddə əlavə bir illik uzatma bəndinin də yer aldığı bildirilib.

61 yaşlı almaniyalı mütəxəssis 2024-cü ilin yayından "Barselona"nı çalışdırır. Onun rəhbərliyi altında Kataloniya təmsilçisi iki dəfə İspaniya çempionu olub, həmçinin İspaniya Superkuboku və ölkə kubokunu qazanıb.

Oxşar xəbərlər

"Barselona" baş məşqçi Fliklə yeni müqavilə şərtlərini razılaşdırıb
Hans-Diter Flik La Liqada 2024/2025 mövsümünün ən yaxşı baş məşqçisi seçilib
"Barselona" baş məşqçisi ilə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib
Qurban Qurbanov “Barselona”nın düşərgəsində Hans-Diter Fliklə görüşüb
"Barselona" Markus Reşfordun transfer seçimini aktivləşdirməkdə tərəddüd edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər