"Barselona" baş məşqçi Fliklə yeni müqavilə şərtlərini razılaşdırıb
sizinxeber.az xəbər saytı

"Barselona" baş məşqçi Fliklə yeni müqavilə şərtlərini razılaşdırıb


Almaniyalı mütəxəssis Hans-Diter Flik İspaniya təmsilçisi "Barselona"da işini davam etdirəcək.

"Sizinxeber.az" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi baş məşqçi ilə müqavilənin müddəti 2028-ci ilin yayınadək uzadacaq.

Artıq tərəflər sözləşmənin şərtlərini razılaşdırıblar.

Klub rəhbərliyi komandanın nəticələrini nəzərə alaraq ona tam etibar edir.

Qeyd edək ki, "Barselona" La Liqada 70 xalla vahid liderdir. Hans-Diter Flik 2024-cü ilin mayından komandaya rəhbərlik edir. Onun rəhbərliyi altında Kataloniya təmsilçisi ilk mövsümdə İspaniya çempionluğunu, ölkə kubokunu və Superkubokunu qazanıb.

Oxşar xəbərlər

Hans-Diter Flik La Liqada 2024/2025 mövsümünün ən yaxşı baş məşqçisi seçilib
Qurban Qurbanov “Barselona”nın düşərgəsində Hans-Diter Fliklə görüşüb
"Barselona" tarixində 100-cü kubokunu qazanıb
"Barselona" Almaniya millisinin üzvünə təklif göndərib
"Barselona" baş məşqçisi ilə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər