"Sumqayıt" Premyer Liqanın XXXI turunda "Araz-Naxçıvan"ı məğlub edib
Misli Premyer Liqasının XXXI turunda növbəti görüş baş tutub.
"Sizinxeber.az" xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sumqayıt"ın heyətində 45+2-ci dəqiqədə Aleksandr Ramalinqom fərqlənib. Naxçıvan təmsilçisindən isə 63-cü dəqiqədə Ba-Muaka Simakala qol müəllifi olub. "Araz-Naxçıvan"ın müdafiəçisi Rahil Məmmədov 90+3-cü dəqiqədə avtoqola imza atıb.
Bu nəticədən sonra "Araz-Naxçıvan" 40 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alıb. 41 xala malik "Sumqayıt" isə 6-cı pilləyə yüksəlib.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" son Azərbaycan çempionu "Sabah"ı (1:0) məğlub edib. "Qəbələ" -"Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.
Premyer Liqada XXXI tura mayın 10-da yekun vurulacaq.
Oxşar xəbərlər
Premyer Liqanın XXXI turunda bu gün iki qarşılaşma baş tutacaq
Premyer Liqa: “Kəpəz” “Araz-Naxçıvan”la heç-heçə edib
Azərbaycan Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib
"Turan Tovuz" "Araz-Naxçıvan"ı məğlub edib
Premyer Liqa: "Sumqayıt" doğma meydanda "Sabah"ı məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
