Azərbaycan Kubokunun 30 finalını tribunalardan 289 463 tamaşaçı izləyib
Futbol üzrə Azərbaycan Kubokunun 30 finalını tribunlardan ümumilikdə 300 minə yaxın - 289 463 tamaşaçı izləyib.
"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Turnirin 34-cü mövsümünün finalı 32-ci həlledici qarşılaşma olacaq. Bunadək 2001/2002 və 2019/2020 mövsümləri başa çatdırılmayıb. 30 finaldan biri – 2020/2021 mövsümünün matçı koronavirus pandemiyası səbəbindən tamaşaçısız keçirilib.
30 finalı ümumilikdə 300 minə yaxın – 289 463 seyrçi izləyib. Həlledici qarşılaşmaların orta göstəricisi 9649-a bərabərdir.
2009/2010 mövsümünün finalını isə rekord sayda 26 000 tamaşaçı seyr edib. "Bakı" və "Xəzər Lənkəran" arasında keçirilən görüş ümumiyyətlə daxili yarışlarda qeydə alınan ən yüksək göstəricidir.
mövsüm tamaşaçı
1992 1000
1993 10000
1993/94 1350
1994/95 5000
1995/96 5000
1996/97 5000
1997/98 5500
1998/99 8000
1999/00 6000
2000/01 2000
2001/02 -
2003/04 8000
2004/05 10000
2005/06 6000
2006/07 10000
2007/08 20000
2008/09 10000
2009/10 26000
2010/11 24000
2011/12 4300
2012/13 20000
2013/14 22000
2014/15 4500
2015/16 23000
2016/17 12800
2017/18 4500
2018/19 10000
2019/20 -
2020/21 -
2021/22 3500
2022/23 9000
2023/24 5500
2024/25 7513
Xatırladaq ki, cari mövsüm Azərbaycan Kubokunun finalında "Sabah" və "Zirə" komandaları üz-üzə gələcək. Qarşılaşma mayın 13-də "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan Kubokunun final oyununda son iki mövsümün rekordu qeydə alınıb
Premyer Liqa: Ötən mövsümün oyunlarını 275 min 933 tamaşaçı izləyib
"Qarabağ" - "Neftçi" oyununda azarkeş sayına görə mövsümün ikinci göstəricisi qeydə alınıb
Azərbaycanda teatrlar ildə nə qədər tamaşa səhnələşdirirlər? – Siyahı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
