"Bavariya" Bundesliqanın sonuna dörd tur qalmış çempion olub
"Bavariya" "Ştutqart"ı 4:2 hesabı ilə məğlub edərək, vaxtından əvvəl Almaniyanın futbol çempionu adını qazanıb.
"Sizinxeber.az"un məlumatına görə, münhenlilərin heyətində Rafael Qerreyro (31-ci dəqiqə), Nikolas Cekson (33), Alfonso Deyvis (37) və Harri Keyn (52) qol vurub. Qonaqlardan Kris Fürrix (21) və Çema Andres (89) fərqləniblər.
30 turdan sonra Münhen klubunun 79 xalı var.
Mövsümün sonuna dörd tur qalmış "Bavariya" 30 matçdan 64 xal toplayaraq, ikinci yeri tutan "Borussiya" üzərində əlçatmaz üstünlük əldə edib.
Bu, "Bavariya"nın tarixində 35-ci çempionluqdur və bu, onları Almaniya futbolunda şəriksiz çempion edir. "Nürnberq" doqquz qələbə ilə ikinci, "Borussiya" isə səkkiz Bundesliqa tituluna sahib olmaqla üçüncüdür.
Çempionluq, avqust ayında finalda "Ştutqartı" 2:1 hesabı ilə məğlub edərək Almaniya Super Kubokunu qazanan "Bavariya"nın mövsümdəki ikinci kubokudur. Klub həmçinin Almaniya Kuboku və Çempionlar Liqasında da mübarizəni davam etdirir. 22 apreldə komanda Almaniya Kubokunun yarımfinalında səfərdə "Bayer"lə qarşılaşacaq. "Bavariya" Çempionlar Liqasının yarımfinalında PSJ ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
“Bavariya” 11-ci dəfə futbol üzrə Almaniya Superkubokunu qazanıb
"Bavariya" 34-cü dəfə Bundesliqanı qazanıb
"Bavariya" 11-ci dəfə Almaniya Superkubokunun qalibi olub
Çempionlar Liqası: "Bavariya" son dörd ildə ilk dəfə doğma meydanda məğlub olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
