Kilian Mbappe 2018-ci ildən bəri ən pis seriyasına imza atıb
sizinxeber.az xəbər saytı

Kilian Mbappe 2018-ci ildən bəri ən pis seriyasına imza atıb


İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe 2018-ci ildən bəri ən pis seriyasına imza atıb.

"Report" "Opta Jean"a istinadən xəbər verir ki, bu, 26 yaşlı hücumçunun bütün yarışlarda ardıcıl beş oyunda qol və məhsuldar ötürmə ilə yadda qalmaması sayəsində gerçəkləşib.

Madrid təmsilçisi son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında evdə İngiltərənin "Arsenal" komandasına uduzub - 1:2. Görüşə ilk "11-lik"də başlayan Mbappe 75-ci dəqiqədə əvəzlənib.

Fransalı forvard 2018-ci ilin aprel-may aylarında da beş qarşılaşmada fərqlənməyib və assist etməyib.

Qeyd edək ki, Londonda rəqibinə üç cavabsız qolla uduzan "Real" Çempionlar Liqası ilə vidalaşıb.

Oxşar xəbərlər

Kilian Mbappe zədələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kilian Mbappe tarixi rekorda imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kilian Mbappe XXI əsrdə PSJ-nin ən yaxşı futbolçusu seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mbappe Benzemanın nailiyyətini təkrarlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mbappe üç həftə yaşıl meydanlardan uzaq qalacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər