Mbappe Benzemanın nailiyyətini təkrarlayıb
İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe Kərim Benzemanın Madrid təmsilçisindəki uğurunu təkrarlayıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı hücumçu buna "Selta"ya əlavə vaxtda 5:2 hesabı ilə qalib gəldikləri ölkə kubokunun 1/8 final mərhələsinin oyununda fərqlənməklə nail olub.
Fransalı forvard həmyerlisi Benzema kimi "Kral klubu"nda bir mövsümdə altıncı turnirdə fərqlənməyi bacarıb.
O, bundan əlavə, La Liqada, İspaniya Superkubokunda, Çempionlar Liqasında, UEFA Superkubokunda və Qitələrarası Kubokda da qol vurub.
Kərim Benzema eyni nailiyyətə 2022/2023 mövsümündə imza atmışdı.
Qeyd edək ki, Kilian Mbappenin "Real" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Oxşar xəbərlər
KİV: "Real" rəhbərliyi Kilian Mbappenin oyunundan narazıdır
Kilian Mbappe zədələnib
Kilian Mbappe XXI əsrdə PSJ-nin ən yaxşı futbolçusu seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
