"Marsel"in baş məşqçisi Habib Beyenin evi qarət edilib
sizinxeber.az xəbər saytı

"Marsel"in baş məşqçisi Habib Beyenin evi qarət edilib


Fransanın "Marsel" klubunun baş məşqçisi Habib Beyenin evi qarət olunub.

"Report" "La Depeche" nəşrinə istinadən xəbər verir ki, hadisə aprelin 8-nə keçən gecə baş verib.

Naməlum şəxslər hasardan tullanaraq mütəxəssisin yaşadığı villanın pəncərəsini sındırıblar. İlkin məlumata əsasən, içərisində "Louis Vuitton" brendinə məxsus geyim və aksesuarların olduğu çamadan oğurlanıb. Hadisə zamanı baş məşqçi evdə olmayıb.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2026-cı ilin fevralından "Marsel"ə rəhbərlik edir. O, daha əvvəl Fransanın "Renn" klubunda çalışıb.

Hazırda "Marsel" 28 turdan sonra 49 xalla Fransa çempionatının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Komanda sonuncu oyununda, aprelin 5-də "Monako"ya 1:2 hesabı ilə məğlub olub.

Oxşar xəbərlər

Fransa klubunun yeni baş məşqçisinin adı açıqlanıb
"Marsel"in futbolçusu karyerasını İtaliya klubunda davam etdirəcək
Fransa klubunun futbolçusu Bundesliqa təmsilçisinə transfer olunub
Fransa Liqa 1 klubunun baş məşqçisi istefa verib
Argentina millisinin sabiq baş məşqçisinin yeni klubu müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər