Andrey Demçenko: "Qarşımıza son iki oyunda 6 xal qazanmaq məqsədi qoyulmuşdu"
"Araz-Naxçıvan" komandasının qarşısına son iki oyunda 6 xal qazanmaq məqsədi qoyulub.
"Sizinxeber.az" xəbər verir ki, bunu adıçəkilən kollektivin baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının XXV turunda "Şamaxı" üzərində qazanılan 1:0 hesablı qələbədən sonra mətbuat konfransında deyib.
O, futbolçuların tapşırıqları yerinə yetirdiyini bildirib:
"Bizim qarşımıza qoyulan məqsəd son iki oyunda 6 xal qazanmaq idi və buna nail olduq. Komandanı bu tapşırığın öhdəsindən gəldiyi üçün təbrik edirəm. Oyun məndə qarışıq təəssüratlar oyatdı. Birinci hissədə təşəbbüsə sahib idik, qol imkanları yaratdıq. Amma ikinci hissə xoş təsir bağışlamadı. Rəqib uzun ötürmələrə üstünlük verdi və bizdə müəyyən problemlər yarandı. Matçın sonunda qol buraxıb heç-heçə də edə bilərdik. Bununla belə, müdafiədə yaxşı oynadıq və rəqibin yüzfaizlik epizodlarda fərqlənməsinə imkan vermədik. Komandanın formalaşması üçün belə görüşlərdə qələbə vacibdir".
Oxşar xəbərlər
Azərbaycan yığmasının baş məşqçisi: “Monteneqro ilə oyunda qələbəyə layiq idik”
"Omoniya"nın baş məşqçisi: Nəticə bizim üçün yaxşı olmadı
"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyunda istəkli idik
"Şamaxı"nın baş məşqçisi: "Çoxdandır qələbə həsrətində idik"
"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyunda istəkli idik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
