"Çelsi"nin müdafiəçisi İspaniya klubuna keçə bilər
İngiltərənin "Çelsi" klubunun futbolçusu Renato Veyqa karyerasını İspaniya təmsilçisi "Vilyarreal"da davam etdirə bilər.
"Sizinxeber.az" BBC-yə istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi La Liqa komandası ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Lakin klublar arasında transfer məbləğinin müzakirəsi davam edir. "Zadəganlar" portuqaliyalı oyunçu üçün 40 milyon avro istəyir. Qarşı tərəf isə 35 milyon ödəmək niyyətindədir.
Qeyd edək ki, Renato Veyqa 2024/2025 mövsümünün ikinci yarısını icarə əsasında İtaliya təmsilçisi "Yuventus"da keçirib. O, bütün turnirlərdə 33 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun "Çelsi" ilə 2031-ci ilin yayınadək müqaviləsi var.
Oxşar xəbərlər
La Liqa klubu "Çelsi"nin futbolçusunu transfer edə bilər
La Liqa klubu "Çelsi"nin futbolçusunu transfer edə bilər siz
"Çelsi" İspaniya millisinin futbolçusu üçün danışıqlara başlayıb
"Çelsi"nin hücumçusu İngiltərənin başqa klubuna keçə bilər
"Çelsi"nin qapıçısı karyerasını başqa klubda davam etdirə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

