Alison Beker "Liverpul"da 300 oyuna çıxan üçüncü braziliyalı futbolçu olub
sizinxeber.az xəbər saytı

Alison Beker "Liverpul"da 300 oyuna çıxan üçüncü braziliyalı futbolçu olub


Alison Beker İngiltərənin "Liverpul" klubunda 300 oyuna çıxan üçüncü braziliyalı futbolçudur.

"Sizinxeber.az"un məlumatına görə, 32 yaşlı qapıçı buna I turda "Bornmut"la (4:2) matçda meydana çıxmaqla nail olub.

O, Premyer Liqada 230, UEFA Çempionlar Liqasında 52, İngiltərə Kubokunda 9, ölkə Superkubokunda 3, Liqa Kuboku, Avropa Liqası və klublararası dünya çempionatında iki matçda meydana çıxıb.

Qeyd edək ki, Alison Beker bu göstəricidə həmyerliləri Roberto Firmino (362) və Lukas Leyvadan (346) geri qalır.

Oxşar xəbərlər

"Liverpul"un qapıçısı zədəsini sağaldıb
Alisson Beker ciddi zədə səbəbindən "Liverpul"a kömək edə bilməyəcək
"Liverpul"un qapıçısı məşqləri bərpa edib
"Liverpul"un qapıçısı noyabra qədər meydana qayıtmayacaq
"Liverpul"un qapıçısı Alisson Beker noyabrın sonunadək sıradan çıxıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər