"Qəbələ"nin yeni transferi: "Real"da Əşrəf Hakimi ilə birlikdə oynamışam" - MÜSAHİBƏ
"Qəbələ"nin yeni transferi Xayme Syerra "Report"un suallarını cavablandırıb. 27 yaşlı ispan futbolçu Azərbaycan təmsilçisinə keçidindən və qarşıdakı hədəflərindən söz açıb.
- İlk olaraq "Qəbələ"yə keçidinizlə bağlı fikirlərinizi öyrənmək istərdik. Təəssüratlarınız necədir?
- Təəssüratlarım yaxşıdır. Klubda hər şey yüksək səviyyədədir və peşəkar təşkilatçılıq var. "Qəbələ" yaxşı məşq bazasına malikdir. Burada yaxşı işlər görülür. Bu, bir klub üçün ən vacib şeylərdən biridir.
- "Qəbələ"yə gəlməmişdən əvvəl Azərbaycan futbolu haqqında məlumatınız var idi?
- Düzünü desəm, xeyr. Demək olar ki, ölkə futbolu haqqında məlumatsız idim. Buraya gəlməmişdən öncə informasiyaları agentlər vasitəsi ilə əldə etdim. Daha sonra ölkənizdəki komandalar barədə araşdırma apardım.
- Azərbaycanda oynamış hansısa ispan futbolçu ilə məsləhətləşdiniz?
- Mikel Alvaro ilə danışmışam. O, daha əvvəl "Keşlə"də (hazırkı "Şamaxı") oynayıb. Ölkənizin liqası haqqında mənə yüksək fikirlər bildirdi. Azərbaycan barədə də xoş sözlər söylədi.
- "Qəbələ" ötən mövsüm I Liqada çempion olduqdan sonra elitaya qayıdıb. Sizcə, komandanın cari mövsüm əsas hədəfi nə olmalıdır?
- İlk növbədə əsas məqsəd hər matçda qalib gəlməkdir. Ondan sonra növbəti nəticələr barədə düşünmək olar.
- İspaniyanın məşhur "Real" klubunun yetirməsisiniz. Amma La Liqada elə də çox forma şansı əldə etməmisiniz. Bunu nə ilə əlaqələndirirsiniz?
- Ölkəmdə "Leqanes" komandasında çıxış etmişəm. Ondan sonra bəzi qərarlar verməli oldum. Ardınca isə legioner həyatı yaşamağı seçdim və Belçikaya yollandım.
- 2004-2014-cü illərdə Madrid təmsilçisinin akademiyasında olmusunuz. Hansı tanınmış futbolçularla birlikdə çıxış etmisiniz?
- Bir sıra tanınmış futbolçularla birlikdə oynamışam. Hazırda Fransa təmsilçisi PSJ-də çıxış edən Əşrəf Hakiminin adını çəkə bilərəm. "Real"ın aşağı yaş qruplarında onunla birlikdə çıxış etmişik.


width="220" alt="“Qəbələ”nin yeni transferi: “Heyətimizin keyfiyyətli olduğunu düşünürəm”" />
width="220" alt=""Qəbələ" heyətinə daha bir futbolçu qatıb" />
width="220" alt="“Qəbələ”nin futbolçusu: “Klub rəhbərliyi şərait yaratdı və qalmağa qərar verdim”" />
width="220" alt=""Qəbələ"nin futbolçusu: "Ümid edirəm ki, tezliklə Premyer Liqada oynamağa hazır olacam"" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />