Niderland çempionu olan futbolçu 7 il müddətinə həbs edilib
sizinxeber.az xəbər saytı

Niderland çempionu olan futbolçu 7 il müddətinə həbs edilib


"Tvente" klubu ilə 2010-cu ildə Niderland çempionu olan Ronni Stam narkotik alveri və çirkli pulların yuyulması ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

"Sizinxeber.az" "NU"-ya istinadən xəbər verir ki, 41 yaşlı sabiq müdafiəçiyə qarşı hökm bu gün Breda məhkəməsi tərəfindən verilib.

Mənbənin məlumatına görə, o, 700 kiloqram kokain qaçaqmalçılığı ilə məşğul olub. Cəza prokurorluğun tələb etdiyi 13 il həbsdən yüngül olub. Məhkəmə müəyyən edib ki, bütün ittihamlar sübuta yetirilməyib.

Stamın qardaşı isə 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qardaşlar 2020 və 2021-ci illərdə narkotik qaçaqmalçılığı ilə məşğul olublar. 2024-cü il iyunun 10-da isə saxlanıblar.

Qeyd edək ki, Ronni Stam əvvəllər Niderlandın "NAC Breda" və "Tvente", İngiltərənin "Viqan" və Belçikanın "Standard" komandalarının formasını geyinib.

Oxşar xəbərlər

Rusiya millisinin sabiq üzvü 9,5 il müddətinə azadlıqdan məhrum edilib
Nazarbayevin qohumu 12 il müddətinə həbs edilib
Ermənistanda İran vətəndaşının başçılıq etdiyi cinayətkar qruplaşma aşkarlanıb
Amerikalı basketbolçu 8 il müddətinə azadlıqdan məhrum edilib
Nicata hökm oxundu: 5 il, məntəqə tipli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər