"Qarabağ" çempionatda meydana ən çox legioner buraxan komanda olub
sizinxeber.az xəbər saytı

"Qarabağ" çempionatda meydana ən çox legioner buraxan komanda olub


"Qarabağ" 2024/2025 mövsümündə Misli Premyer Liqasında meydana ən çox legioner futbolçu buraxan komanda olub.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib.

Ağdam təmsilçisi ötən mövsüm 17 legionerə şans verib. Ən az əcnəbi isə "Səbail"də oynayıb - 12.

Ən az yerli futbolçunun oynadığı klub "Zirə"dir. "Qartallar" Azərbaycan vətəndaşlığı olan 12 oyunçuya ehtiyac duyub. Bunun əksinə, "Şamaxı" yerli futbolçulara ən çox şans verən (22 oyunçu) klubdur.

Bundan əlavə, "Şamaxı", "Sumqayıt" və "Kəpəz" 34 oyunçudan istifadə edib. Ən az göstərici isə "Araz-Naxçıvan"a məxsusdur - 25.

Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqasında ən çox penalti vuran komandalar müəyyənləşib
Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olunub
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib
Misli Premyer Liqasında son 11 mövsümün rekordu qeydə alınıb
Premyer Liqanın 2024/2025 mövsümündə 10 avtoqol qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər