Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib
Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev, həmçinin Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak ediblər.
E.Abbasov yeni mövsümlə bağlı detallı məlumat verib. Daha sonra püşkatmaya start verilib.
34-cü dəfə keçiriləcək və 12 komandanın - “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Şamaxı”, "Karvan" və "İmişli"nin iştirak edəcəyi çempionatın ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaq:
I tur
"İmişli" - "Turan Tovuz"
"Neftçi" - "Şamaxı"
"Sabah" - "Qarabağ"
'Sumqayıt" - "Kəpəz"
"Karvan" - "Qəbələ"
"Zirə" - "Araz-Naxçıvan"
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasında VII, VIII və IX turun oyun cədvəlləri açıqlanıb
Premyer Liqada 3 turun oyun proqramı bəlli olub
Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib
Azərbaycan Premyer Liqası: 3 turun oyun proqramı açıqlanıb
Premyer Liqa: Mövsümün son matçında “Zirə” “Araz-Naxçıvan”ı məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
