Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olunub


Misli Premyer Liqasında legioner limiti ləğv olunub.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

2025/2026 mövsümündən çempionatda legioner limiti tətbiq olunmayacaq.

Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu yer ala bilər. Meydanda eyni anda 11 əcnəbi futbolçunun oynamasına icazə verilib.

Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:
1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) manat
8-dən 12-yə qədər: 10000 (on min) manat
13-dən 15-ə qədər: 100000 (yüz min) manat
16 və daha yuxarı: 200000 (iki yüz min) manat

Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.
Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.

Oxşar xəbərlər

Vasili Berezutski Azərbaycan çempionatı tarixində 65-ci legioner baş məşqçi olub
Kurban Berdıyev Azərbaycan çempionatları tarixinə 64-cü legioner baş məşqçi kimi düşüb
"Sumqayıt" rəsmisi texniki məğlubiyyətə münasibət bildirib
"Kəpəz" legioner futbolçuları ilə yollarını ayırıb
Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər