"Karvan-Yevlax" yeni mövsümdə U-16, U-17, U-19 və Əvəzedicilər Liqasına qatılmayacaq
sizinxeber.az xəbər saytı

"Karvan-Yevlax" yeni mövsümdə U-16, U-17, U-19 və Əvəzedicilər Liqasına qatılmayacaq


"Karvan-Yevlax" 2025/2026 mövsümündə U-16, U-17, U-19 və Əvəzedicilər Liqasına qatılmayacaq.

Bunu "Sizinxeber.az"a klubun vitse-prezidenti Kənan Kərimov deyib.

O, AFFA-nın Premyer Liqanın debütant komandalarına bir mövsümlük möhlət verməsinin böyük dəstək olduğunu söyləyib:

"AFFA-ya təşəkkür etmək istəyirəm. Onlar bizə aşağı yaş qruplarına və əvəzedici heyətə futbolçu cəlb edə bilməyimiz üçün möhlət verdilər. Premyer Liqaya vəsiqə qazandığımız mövsümdə bunu etmək mümkün deyil. Baxmayaraq ki, Yevlaxda uşaq futbolu mövcuddur. Lakin sadalanan U-16, U-17, U-19 və əvəzedicilərdən ibarət komandaları yaratmaq çətindir. Növbəti mövsüm bu işlə ciddi məşğul olacağıq".

Qeyd edək ki, "Karvan-Yevlax" ötən mövsüm Azərbaycan I Liqasını 47 xalla üçüncü sırada başa vuraraq Premyer Liqada iştirak etmək hüququ qazanıb.

Oxşar xəbərlər

AFFA Premyer Liqaya yüksəlmiş klublardan ikisinə bir mövsümlük möhlət verib
AFFA Premyer Liqaya yüksəlmiş klublara bir mövsümlük möhlət verib
Premyer Liqaya yüksələn klub futbolçusu ilə vidalaşıb
Azərbaycan Premyer Liqasına vəsiqə qazanan komanda iki futbolçu ilə vidalaşıb
"Karvan" Araz Abdullayevi heyətinə qatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle