Konfrans Liqası: "Sabah"ın oyunlarını idarə edəcək hakimlər və başlama saatları açıqlanıb
sizinxeber.az xəbər saytı

Konfrans Liqası: "Sabah"ın oyunlarını idarə edəcək hakimlər və başlama saatları açıqlanıb


"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Moldovanın "Petrokub" komandası ilə keçirəcəyi oyunların başlama saatları və hakimləri müəyyənləşib.

"Sizinxeber.az" xəbər verir ki, tərəflər arasında iyulun 24-də Kişineudakı "Zimbru" stadionunda baş tutacaq ilk qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Görüşü Qal Leiboviçin başçılıq etdiyi İsraildən olan hakimlər briqadası idarə edəcək. Ona Omer Barbiro və Yossi Babayoff yardımçı olacaqlar. Dekel Zino dördüncü hakim funksiyasını yerinə yetirəcək.

İyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək cavab görüşü isə saat 20:00-da başlayacaq.

Oyunda ədaləti serbiyalı baş hakim Danilo Nikoliç qoruyacaq. Milan Şutuloviç və İvan Mikalaçki köməkçi hakimlər, İvan Stamenkoviç isə dördüncü hakim kimi öz işlərini yerinə yetirəcəklər.

Oxşar xəbərlər

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” oyununun hakimləri müəyyənləşib
UEFA Avropa Liqası: "Sabah"ın Sloveniya klubu ilə matçlarının hakimləri müəyyənləşib
UEFA Konfrans Liqası: "Sabah" və "Zirə"nin oyunlarının başlama saatları açıqlanıb
UEFA Çempionlar Liqası: "Şelburn" - "Qarabağ" matçının hakimləri müəyyənləşib
"Zirə"nin Konfrans Liqasındakı oyununu italiyalı hakim idarə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər