UEFA Avropa Liqası: "Sabah"ın Sloveniya klubu ilə matçlarının hakimləri müəyyənləşib
UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində baş tutacaq "Sabah" - "Sele" (Sloveniya) matçlarının hakimləri müəyyənləşib.
"Sizinxeber.az" xəbər verir ki, Bakıdakı qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Daniyar Saxi olacaq. Ona Samat Terqeussizov və Sergey Klaçyov kömək edəcək. Dördüncü hakim funksiyasını Saken Baiymbet yerinə yetirəcək. VAR hakimi fransalı Bastyen Deçepi, VAR köməkçisi qazaxıstanlı Aidin Tassabayev olacaq.
Sloveniyadakı matçda isə bolqarıstanlı hakimlər iş başında olacaq. Qarşılaşmanı Draqomir Draqanov idarə edəcək. Ona Xristo Hacıyiski və Krasimir Atanasov yardım edəcək. Dördüncü hakim funksiyasını Martin Zivkov Velikov yerinə yetirəcək. VAR hakimi Vasimir El-Hatib, VAR köməkçisi isə Volen Çinkov olacaq.
Qeyd edək ki, "Sabah" “Sele”yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək. İlk görüş Bakı vaxtı ilə saat 20:00-da, cavab qarşılşaması isə 22:00-da start götürəcək.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" - "Malmö" oyununun hakimləri müəyyənləşib
"Sabah"ın Sloveniya klubu ilə oyunlarının başlama saatı müəyyənləşib
UEFA Milətlər Liqası: Estoniya-Azərbaycan oyununun hakimləri açıqlanıb
Çempionlar Liqası: PSJ - "İnter" oyununun hakimləri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
