Toral Bayramov: “Qarabağ yoxlama oyunlarında pis təsir bağışlamır”
"Qarabağ" yoxlama oyunlarında pis təsir bağışlamır.
"Report" xəbər verir ki, bunu Ağdam təmsilçisinin müdafiəçisi Toral Bayramov klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
24 yaşlı yarımmüdafiəçi Avstriyada təşkil olunan təlim-məşq toplanışını dəyərləndirib:
“Yeni mövsüm üçün hazırlığımız yaxşı keçir. Bakıdan sonra Avstriyada hamı can-başla çalışır, verilən tapşırıqları yerinə yetirir. Komanda şəklində çatışmayan cəhətlərin üzərində işləyirik. Daha yaxşı forma yığmağa çalışırıq. Düşünürəm ki, bizim üçün çox faydalı təlim-məşq toplanışı keçir. Bakıda bir, Avstriyada üç yoxlama oyunu keçirmişik. Bu gün isə son yoxlama matçında “Zaltsburq”la qarşılaşacağıq. Fikrimcə, pis təsir bağışlamamışıq. Həm taktiki, həm də fiziki durumumuzu optimal səviyyəyə çatdırmağa çalışırıq. Rəsmi oyunlara qədər tam hazır olmaq istəyirik”.
O, bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxış etməyə çalışacaqlarını vurğulayıb:
“Çempionlar Liqasında ilk matçımıza təxminən bir həftə vaxt qalıb. Turnirə tam hazır olmaq üçün bütün gücümüzlə hazırlaşırıq. Rəqibin kimliyindən asılı olmayaraq, meydana hər zaman qələbə üçün çıxırıq. Bunu reallaşdırmaq istəyiriksə, optimal formada olmalıyıq. Çempionlar Liqasında əsas hədəf Liqa mərhələsinə yüksəlməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, bu mövsüm hər şey yaxşı olacaq”.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.
Oxşar xəbərlər
"Qarabağ" bu gün Avstriyada sonuncu yoxlama matçını keçirəcək
"Qarabağ" Avstriyada bu gün ilk yoxlama matçına çıxacaq
“Qarabağ” Avstriyada ilk yoxlama oyununda məğlub olub
"Qarabağ" klubu Avstriyada təlim-məşq toplanışında olacaq
"Qarabağ"ın ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
