"Real" "Liverpul"un daha bir futbolçusunu heyətinə qatmaq istəyir
sizinxeber.az xəbər saytı

"Real" "Liverpul"un daha bir futbolçusunu heyətinə qatmaq istəyir


İspaniyanın "Real" klubu İngiltərənin "Liverpul" komandasında çıxış edən daha bir futbolçunu transfer etmək istəyir.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi yarımmüdafiəçi Aleksis Makallisterlə maraqlanır.

Baş məşqçi Xabi Alonso 26 yaşlı oyunçunu bəyənir. İspan mütəxəsisin fikrincə, argentinalı futbolçu Luka Modriçi əvəzləməyə ən real namizəddir.

Lakin argentinalı dünya çempionunun qiyməti bu keçidə mane ola bilər. "Liverpul" oyunçu ilə vidalaşmaq istəsə, onun üçün ən azı 100 milyon avro tələb edəcək.

Qeyd edək ki, "Real" yay transfer dönəmindən "Liverpul"la müqavilə müddəti bitən Trent Aleksander-Arnoldu heyətinə qatıb.

Oxşar xəbərlər

"Real" "Liverpul"un iki aparıcı futbolçusunu azad agent kimi heyətinə qatmaq istəyir
"Real” "Liverpul"un yarımmüdafiəçisini transfer etmək istəyir
"Liverpul" futbolçusunu komandada saxlamaq üçün əlindən gələni edəcək
"Real" "Liverpul" klubunun daha bir futbolçusunu diqqət mərkəzində saxlayır
"Liverpul" İngiltərə millisinin futbolçusunu transfer etmək istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle