“Araz-Naxçıvan”ın baş məşqçisi: “Çempionlar Liqasında məqsəd ilk mərhələni keçməkdir”
sizinxeber.az xəbər saytı

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Çempionlar Liqasında məqsəd ilk mərhələni keçməkdir”


“Araz-Naxçıvan” futzal klubunun baş məşqçisi Yevgeni Kukseviç UEFA Çempionlar Liqasının ilkin mərhələsində püşkatmanın nəticələrini dəyərləndirib.

Rusiyalı mütəxəssis bu barədə “Report”a açıqlama verib.

O, rəqiblərdən bəzilərini tanıdığını bildirib:

“Püşkatmanın nəticələri normaldır. Belə baxanda, hansı qrupa düşməyimizin fərqi yox idi. Rəqiblərdən asılı olmayaraq, seçmə mərhələyə var gücümüzlə hazırlaşacaqdıq. Rəqiblərimizdən bəzilərini tanıyıram. “Araz-Naxçıvan” onlardan biri ilə ötən il qarşılaşıb. Oyunun videotəkrarına baxmışam. Qarşıya qoyulan məqsəd, təbii ki, ilk mərhələni keçməkdir”.

Qeyd edək ki, Azərbaycan çempionu F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya), və "Sparta" (Şimali İrlandiya) ilə üz-üzə gələcək.

Bu qrupun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.

Oxşar xəbərlər

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır
"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb
"Araz-Naxçıvan" Çempionlar Liqasında növbəti matçını keçirəcək
Çempionlar Liqası: "Araz-Naxçıvan" bu gün sonuncu sınağına çıxır
Çempionlar Liqası: "Araz-Naxçıvan" mübarizəni dayandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər