KİV: Ronaldu "Əl-Nəsr"də 200 milyon avro qazanacaq
sizinxeber.az xəbər saytı

KİV: Ronaldu "Əl-Nəsr"də 200 milyon avro qazanacaq


Portuqaliyalı futbolçu Kriştianu Ronaldu "Əl-Nəsr"lə yeni müqaviləsinə əsasən yüz milyonlarla avro qazanacaq.

"Report" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, 40 yaşlı idmançı bir mövsümdə 180-200 milyon avro qazanacaq. Məbləğə əmək haqqı və imic hüquqlarından əldə edilən gəlir daxildir. Ronaldu həmçinin kiçik pay alaraq klubun ortaq sahibinə çevrilib. Bundan əlavə, “Əl-Nəsr”in rəhbərləri portuqallara heyəti gücləndirəcəklərinə söz veriblər.

Ronaldu iyunun 26-da "Əl-Nəsr"lə müqaviləsini uzadıb. Portuqaliyalının klubla yeni müqaviləsi iki illikdir.

Oxşar xəbərlər

Kriştianu Ronaldu "Əl-Nəsr"in şərikli sahibi olacaq
Ronaldu karyerası ərzində 15-ci dəfə bir mövsümdə 20-dən çox qol vurub
Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub
Ronaldu: 1 000-ci qolumu vurmaq istəyirəm
Ronaldu İspaniya klubunun ortaq sahibi ola bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər