Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib
sizinxeber.az xəbər saytı

Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib


Azərbaycanın iki yunan-Roma güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

"Report" xəbər verir ki, bu gün 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Abdurrahman Hüseynli (45 kq) ukraynalı İqor Tutskanyuka (9:0) və moldovalı Vadim Tarelunqaya (8:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib.

15 yaşlı güləşçimiz yarımfinalda rusiyalı Artyom Tkaçenko üzərində inamlı qələbə qazanıb – 9:2. Abdurrahman sabah finalda gürcüstanlı Saba Abaşidzeylə güləşəcək.

Elşad Abbasov (51 kq) polşalı Maçiey Qriniaya (9:0) və türkiyəli Serkan Gülləyə (17:9) tam üstünlüklə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Elşad finalın bir addımlığında ermənistanlı Marat Atşemyanla bacarmayıb – 0:10. Abbasov bürünc medal uğrunda qarşılaşmada Keve Kovaç (Macarıstan) – İosif Stratan (Moldova) görüşünün qalibiylə üz-üzə gələcək.

Əli Nəzərov (60 kq) ukraynalı Denis Seredinə 4:1 hesabıyla, moldovalı Vlad Duminikaya isə tam üstünlüklə (8:0) qalib gələrək yarımfinala adını yazdırıb.

Əli yarımfinalda türkiyəli Abdul Arslantaşdan güclü olub – 3:1. Nəzərov finalda ermənistanlı Hayk Manukyanla qarşılaşacaq.

Oxşar xəbərlər

Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycan güləşçisi U-17 Avropa çempionatının finalına yüksəlib
Avropa çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi finala vəsiqə qazanıb
Avropa çempionatı: Azərbaycan güləşçisi erməni rəqibinə qalib gələrək medal görüşünə vəsiqə qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər