İspaniyada Avropa çempionu olan azərbaycanlı bodibildinqçi növbəti hədəflərini açıqlayıb
İspaniyada keçirilən Avropa çempionatının qalibi olan azərbaycanlı bodibildinqçi İsmayıl Həbiyev çıxışını dəyərləndirib və növbəti hədəflərini açıqlayıb.
O, “Report”a açıqlamasında təxminən 60-a yaxın rəqibini üstələdiyini və qitə birinciliyinin mütləq qalibi olduğunu bildirib.
İdmançı bu çempionluğun onun üçün ilk olduğunu vurğulayıb:
“Yarış əla keçdi. Təxminən 60-a yaxın rəqibim var idi. Hər birini üstələyib həm öz çəkim olan 100 kq, həm də digər bütün kateqoriyalar üzrə qalib oldum. Təbii ki, çətin məqamlar oldu, buna baxmayaraq, öhdəsindən gəldim. Qələbə qazanmaqda məşqçim Nadim Həsənovun da böyük rolu oldu. Həmçinin Azərbaycan Bodibildinq və Fitnes Federasiyası da dəstək göstərdi. Bu, ilk Avropa çempionluğum idi. Yarışa çox yaxşı hazırlaşmışdım”.
İ.Həbiyev dünya çempionu olmaq arzusunu dilə gətirib:
“Əvvəlcə həm öz çəkim, həm də digər çəkilər üzrə Azərbaycan çempionu oldum. Daha sonra Avropa birinciliyini qazandım. Növbəti hədəfim dünya çempionatının qalibi olmaq, xarici ölkələrdə Azərbaycan bayrağını yüksəltmək və himnimizi səsləndirməkdir. Ölkəmizin adını layiqincə təmsil etdiyimə görə qürur duyuram. Dünya çempionatında daha güclü rəqiblər olacağını bilirəm. Eyni şəkildə hazırlaşacağam. İstənilən halda məqsəd eynidir”.
Qeyd edək ki, Azərbaycanın bodibildinq komandası Avropa çempionatını 4 qızıl, 2 gümüş və 6 bürünc medalla bitirib.
Oxşar xəbərlər
Günay Məmmədzadə: "Çempionların savaşı" turnirinin oyunları çətin keçdi"
Monteneqroda qızıl medal qazanan Zidan Hümbətov: "Qazaxıstan çempionuna qarşı ilk döyüşüm daha çətin oldu"
12-ci dəfə dünya çempionu olan azərbaycanlı: "Çox şadam ki, böyük bir zirvəni fəth etdim"
Avropa çempionu kokain qaçaqmalçılığına görə həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
