Günay Məmmədzadə: "Çempionların savaşı" turnirinin oyunları çətin keçdi"
sizinxeber.az xəbər saytı

Günay Məmmədzadə: "Çempionların savaşı" turnirinin oyunları çətin keçdi"


Azərbaycanlı qrossmeyster Günay Məmmədzadə üçün Bakıda təşkil olunan "Çempionların savaşı" turnirinin oyunları çətin keçib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Avropa çempionu Bakıda təşkil olunan turnirdə bolqarıstanlı həmkarı Antoaneta Stefanova üzərində qazandığı qələbədən sonra jurnalistlərə açıqlamasında bildirib.

O, turnirin maraqlı keçdiyini söyləyib:

"Belə formatda yarış, xüsusilə də dünya çempionuna qarşı oynamaq mənim üçün bir ilk həm də maraqlı idi. Böyük praktika qazandım. Oyunlar çətin keçdi. Hər detalı düşünən Şahmat Federasiyasının rəhbərliyinə təşəkkürümü bildiriəm. Ümidvaram ki, gələcəkdə belə yarışların sayı çox olacaq"

Qeyd edək ki, rapid və blits oyunlarının nəticəsinə əsasən Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovu (Özbəkistan) 12:10 hesabı ilə üstələyib.

Digər görüşdə isə qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanovaya (Bolqarıstan) eyni hesabla qalib gəlib.

Oxşar xəbərlər

Rauf Məmmədov özbəkistanlı şahmatçı üzərində qələbəni dəyərləndirib
Bakıda şahmatın rapid və blits növləri üzrə “Çempionların savaşı” turniri keçiriləcək
Hindistanlı dünya çempionu Bakıda keçiriləcək şahmat turnirində iştirak etməyəcək
Azərbaycan şahmatçısı: “Çempionların savaşı” turnirində yaxşı nəticə göstərəcəyimə ümid edirəm"
Azərbaycan çempionu: “Əfsanəvi şahmatçı Vişvanatan Anandla qarşılaşmaq mənim üçün qürurvericdir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər