sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 12 medal qazanıblar
Azərbaycanın yeniyetmə cüdoçuları Qubada keçirilən Avropa Kubokunun ilk günündə 12 medal qazanıblar.
"Sizinxeber.az"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, yığma üzvləri 3 qızıl, 3 gümüş, 6 bürünc mükafat əldə ediblər.
Anar Quliyev (50 kq), Zeyd Ələsgərov (60 kq), Nuranə Hacızadə (48 kq) qızıl, Rəsul Əlizadə (55 kq), Fəxri Sahibzadə (66 kq), Leyla Ələkbərova (48 kq) gümüş, İbrahim Talıbov, Rza Xəlilli, (hər ikisi 50 kq), Royal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Xədicə Abdullayeva (44 kq) və Aysun Məmmədova (52 kq) bürünc medala sahib çıxıb.
Qeyd edək ki, bu gün start götürən yarış mayın 4-də başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
Avropa Kuboku: Azərbaycanın yeniyetmə cüdoçuları medal sayına görə ikinci olub
Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirində daha beş medal qazanıblar
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü yerdə qərarlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











