Avropa Kuboku: Azərbaycanın yeniyetmə cüdoçuları medal sayına görə ikinci olub
Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ikinci günündə Azərbaycan cüdoçuları 2 medal qazanıb.
Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasından bildirilib.
Ayxan Həsənli (-73 kq) və Sübhan Axundov (+90 kq) yarışın gümüş medalına yiyələnib.
Turnirin ilk günündə cüdoçularımız 7 medalla yadda qalıb. Nərmin Ağamirzadə (-48 kq) və Rəsul Əlizadə (-55 kq) qızıl, Gülşən Hüseynova (-44 kq) gümüş, Mədinə Hüseynova (-40 kq), Anar Quliyev (-50 kq) Röyal Qayıbov (-60 kq) və Əli Hümbətov (-66 kq) bürünc medalın sahibi olub.
Yeniyetmə cüdoçularımız Teplitse Avropa Kubokunu 9 medalla (2 qızıl, 3 gümüş və 4 bürünc) 38 ölkə arasında ikinci sırada bitirib.
Oxşar xəbərlər
Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə birinci olub
Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
Azərbaycan cüdoçuları Gimnaziadanı birinci yerdə başa vurub
Azərbaycan cüdoçuları Gimnaziadanı birinci yerdə başa vurublar
Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunu 5 medalla tamamlayıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













